Flexible Stone

“Flexible stone” təbiətdəki mikroorqanizmlərin yaratdığı xüsusi quruluşa sahib şifer, kvars və mika daşlarından meydana gəlir. Məhsulun arxa səthi şüşə liflə gücləndirilmiş polyester (GRP) ilə bərkidilir, ön səthi isə 100% təbii daşdan ibarətdir. İri qayalardan “peeling” üsulu ilə 0,1-2 mm qalınlığında laylarla ayrılan təbbi incə daş hazır vəziyyətə gətirilir. Arxa səthinin şüşə lifli polyesterdən ibarət olması məhsula elastiklik və möhkəmlik qazandırır. Bu səbəbdən “Flexible stone”un oval səthlərin üzərini asanlıqla örtə bilməsi əlavə üstünlük hesab edilir. Ümumi çəkisi 1 kv/m üçün 1.2 – 1.6 kq olaraq hesablanan məsulun 21 təbii rəng seçimi mövcuddur.